Slimfit
  1. MARAQLI

Bu evdə heç kim 10 saatdan çox qala bilmir: Çıxışı tapana 20 min dollar verilir

Bu evdə heç kim 10 saatdan çox qala bilmir: Çıxışı tapana 20 min dollar verilir
Sakura

Bu evdə heç kim 10 saatdan çox qala bilmir: Çıxışı tapana 20 min dollar verilir

ABŞ-ın Tennessi ştatında yaşayan Rass Makkeminin evinə gələn çoxdur. Onun “dünyanın ən qorxulu evi” adlandırılan taxta iqamətgahına planetin müxtəlif yerlərindən üz tuturlar.

 

Bizimyol.info xəbər verir ki, Makkeminin qorxu dolu evində heç kim 10 saatdan çox qala bilmir. Çıxışı tapana ev sahibi 20 min dollar mükafat da vəd edir.

 

Makkeminin evinə girmək üçün ən azı 21 yaşınız olmalıdır. Sizə əvvəlcə 40 səhifəlik razılıq sənədi oxutdurulur. Bundan sonra tibbi müayinədən keçirsiniz. Sığortanız varsa və ev sahibinin iti üçün bir qutu yemək gətirmisinizsə, içəri girə bilərsiniz.

 

Hər şey sizə asan görünməsin. Birincisi, Makkemi işini yaxşı qurub. Əvvəlcə içəri daxil olan şəxsə qarşıda onu gözləyən dəhşətlərlə bağlı video izlətdirirlər. İkincisi, orada qonağı böyük sürprizlər gözləyir. Müxtəlif aktyorlar qorxulu ab-hava yaradır. Xeyli sınaqdan keçmək lazım gəlir. İş orasındadır ki, sizi qorxudan aktyorlara heç bir reaksiya vermək olmaz. Bu işi lap çətinləşdirir. İçəridə az qalır ki, ürəyiniz dayansın.

İndiyə qədər bu mərhələləri uğurla keçən olmayıb. Makkeminin evinə daxil olmaq istəyənlərin sayı isə dayanmadan artır. Bu dəqiqə gözləmə siyahısında 24 min nəfərin adı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR