Slimfit
  1. AZƏRBAYCAN

"Bu ermənini əvəzolunmaz futbolçu obrazında təbliğ etməyə başlayıblar" - Fazil Mustafa

"Bu ermənini əvəzolunmaz futbolçu obrazında təbliğ etməyə başlayıblar" - Fazil Mustafa
Sakura

"Bu ermənini əvəzolunmaz futbolçu obrazında təbliğ etməyə başlayıblar" - Fazil Mustafa

Məsud Özilə görə “Arsenal”a azarkeşlik etməyi düşünən xeyli sayda azərbaycanlı çox güman ki, dönüb “Çelsi”nin qələbəsi üçün hay-küy salacaq.

Redaktor.az bildirir ki, millət vəkili Fazil Mustafa İngiltərənin “Arsenal” klubunun erməni əslli yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı açıqlamasına münasibət bildirib. Millət vəkili hesab edir ki, “Arsenal”ın rəhbərliyi sözün əsl mənasında axmaqdır:

“Mxitaryan mövzusunu lazımsız spekulyasiya ertməyə başlayıblar. Mənim də bu oyuna biletim var, bir neçə gün öncə “Arsenal”ın uğurunu istədiyim halda, artıq “Çelsi”nin qələbəsinin daha arzulanan olduğunu düşünürəm. Halbuki tərkibində Mxitaryanın oynamasına rəğmən məhz Məsud Özilə görə “Arsenal”ın oynununa azarkeş olmasam da, həmişə daha artıq həssaslıq göstərirdim. Özili gəlmiş-keçmiş ən texnikalı türk futbolçu hesab etdiyimə görə, özəl simpatiyam var. Doğrudur, gənclik çağlarındakı azarkeşlik sindromundan, ümumiyyətlə, uzaq olsam da, lakin az-çox futbolu anlayan və müntəzəm oynayan birisi kimi gözəl oyunu dəyərləndirə bildiyimi düşünürəm. Həm də adamda o qıcıq doğurur ki, bir sürü axmaq əsasən ikinci hissədə meydana çıxan və parlaq oyunu ilə fərqlənməyən bu ermənini Messi, Ronaldo, Robben, Salah kimi əvəzolunmaz futbolçu obrazında təbliğ etməyə başlayıblar. Artıq şüarımı da müəyyənləşdirmişəm: “Məsud xoş gəldin, ancaq hər şey “Çelsi” üçün! Hətta istisna etmirəm ki, bir az dəliqanlı azarkeşlər daha da irəli gedib: “Rədd olsun “Arsenal”, yaşasın “Çelsi”! şüarını da bağıracaqlar. Əlbəttə, anlayıram, hər ikisi ingilis barmağı, ancaq birisi bu barmağı erməni qatığına batırıb gözümüzə soxursa, biz də bu barmağı layiq olduğu yerə qaytarmayaqmı? Heç olmazsa, gözümüzə tuşlanmayan ingilis barmağı təsəllimiz olsun. Bütün hallarda qazanan futbol olsun, qazanan barış olsun, qazanan dövlətimizin və millətimizin alicənab imici olsun”.

Xatırladaq ki, İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda “Çelsi”yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR