Bu ərazilər işıqsız qalacaq
Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar iyulun 27-də bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Ens.Az-ın məlumatına əsasən,bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Sözügedən ərazilərə saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hisəsi, saat 10:00-dan saat 12:00 kimi Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri, saat 10:00-dan saat 13:00 kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan saat 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hisəsi və Siyov kəndi daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət