Slimfit
  1. AZƏRBAYCAN

Bu dövlət qulluqçularının maaşlarının məbləğləri təsdiq edilib

Bu dövlət qulluqçularının maaşlarının məbləğləri təsdiq edilib
Sakura

Bu dövlət qulluqçularının maaşlarının məbləğləri təsdiq edilib

Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni təsdiq edib.

Trend-in məlumatına görə, NK digər qərarları ilə həm də “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri”ni, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”ni təsdiq edib.

Qərarla Maliyyə Nazirliyinə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq pul təminatının artımı ilə əlaqədar olaraq, hərbi qulluqçuların və onların ailə üzvlərinin əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il budcəsi haqqında” qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etmək tapşırılıb.

NK-nın digər qərarları ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilib.

NK-nın qərarı ilə müəyyən edilib ki, DGK-nin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavələrində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində DGK tərəfindən təsdiq edilir.

Yeni maaş məbləğləri ilə bağlı qərarlar sentyabrın 1-dən tətbiq edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR