Slimfit
  1. CƏMİYYƏT

Bu dönərxanalara məhdudiyyət tətbiq edildi

Bu dönərxanalara məhdudiyyət tətbiq edildi
Sakura

Bu dönərxanalara məhdudiyyət tətbiq edildi

Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin müfəttişləri dönər satışı həyata keçirilən qida obyektlərində növbəti plandankənar yoxlamalar aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ens.az-a verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib.

Monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda aparılan yoxlamalar nəticəsində bir sıra iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”;

- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”;

- Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun";

- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şəhərtipli qəsəbəsi, X.Vəliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR