Slimfit
  1. MEDİA

Bu, çox təhlükəsiz bir yol olacaq - Prezident

Bu, çox təhlükəsiz bir yol olacaq - Prezident
Sakura

Bu, çox təhlükəsiz bir yol olacaq - Prezident

Bu yolun tikintisinə böyük ehtiyac var. İndi həm Rusiya ilə ticarət dövriyyəmiz artır, həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olarkən bildirib.

"İrandan Rusiyaya, Rusiyadan İrana yükdaşımalarının həcmi artır. Belə olan halda əlbəttə ki, bizim yol infrastrukturu artan yükləri daşımaq üçün yeni imkanlara malik olmalıdır. Eyni zamanda, sərnişinlər üçün də çox gözəl imkanlar yaradılacaq. Çox təhlükəsiz bir yol olacaq və eyni zamanda, şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq. O cümlədən Şahdağ qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Eyni zamanda, bu, çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək. Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var", - dövlət başçısı qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR