Dərc edildi: Baxış sayı: 542
Bu çimərliklərdə siqaret çəkmək qadağan edildi
Turistlərin ən çox səfər etdiyi məkanlardan biri də Yunanıstanın Astipaleya adasıdır. Hər il adanın könüllü dəstəsi çimərlikləri tullantılardan, əsasən də siqaretdən təmizləyrlər.
Publika.az xəbər verir ki, çimərliyin təmiz saxlanılması məqsədilə bu il adanın meri çox maraqlı addım atıb. Belə ki o, dünya tarixində ilk dəfə Astipaleya ərazisində siqaret çəkməyi qadağan edib. Siqaret çəkənləri isə cərimə gözləyəcək.
Hətta adaya dincəlməyə gələn turistlər üçün tütündən qurtulub, enerjilərini daha faydalı işlərə sərf etmək məqsədilə bir sıra proqramlar hazırlanıb. Qəribə də olsa, bu işin təşəbbüskarı Yunanıstanın tütün istehsal edən nəhəng “Papastratos” şirkətidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət