Slimfit
  1. MARAQLI

Bu çay qaraciyər və böyrəklər üçün təhlükəlidir – Çox içənlər ehtiyatlı olsun

Bu çay qaraciyər və böyrəklər üçün təhlükəlidir – Çox içənlər ehtiyatlı olsun
Sakura

Bu çay qaraciyər və böyrəklər üçün təhlükəlidir – Çox içənlər ehtiyatlı olsun

Əslində ən sağlam, orqanizmə faydalı hesab olunan və illərdir təbliğatı aparılan yaşıl çay barədə ürək aşmayan informasiya əldə olunub. 
 
Medicina.az xəbər verir ki, yeni elmi araşdırmada yaşıl çay yarpaqlarında olan bir neçə tərkib və birləşmələr qaraciyər və böyrəkləri zədələyir, sıradan çıxarır. 
Müəlliflər hesab edir ki, epiqallokatexin 3 qallat antioksidantı birləşməsi çox insanlarda həssaslıq səbəbindən qaraciyər hüceyrələrinə neqativ təsir edir. 
Tibbi ədəbiyyatda yaşıl çay ekstraktı olan bioəlavələrin ağır qaraciyər fəsadları yaratması barədə 80 fakt qeydə alınıb. Bir pasiyentin qaraciyəri ümumiyyətlə sıradan çıxdığından yeni qaraciyər köçürülüb. 
 
Professor Qerbert Bonkovski bildirir ki, günə iki fincandan artıq yaşıl çay içənlər, yaşıl çay tərkibli BAD-lar, antioksidantlara həvəsli insanlar risk qrupuna daxildir. Gündə 800 mq-dan artıq katexin qallatın orqanizmə düşməsi dozanın aşılması deməkdir.
 
Ekspertlər panikaya ehtiyac görmür, amma böyrəi, qaraciyəri onsuz da zəif olan insanların bu çaydan uzaq durmasını məsləhət görür. Uzun illərdir hər gün yaşıl çay dozasını həddən artıq içən insanlar isə böyrək və qaraciyərini müayinə etdirib, problem çıxdığı təqdirdə yaşıl çay qəbulunu dayandırmağı məsləhət görür. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR