Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu burun damcılarından və spreylərdən istifadə etməyin! Ağır FƏSADLAR yaradır

Bu burun damcılarından və spreylərdən istifadə etməyin! Ağır FƏSADLAR yaradır
Sakura

Bu burun damcılarından və spreylərdən istifadə etməyin! Ağır FƏSADLAR yaradır

Zökəm və ya allergiya zamanı burunda olan selikli qişa şişir, damarlar genişlənir, onların keçiriciliyi artır  ki, bu da çoxlu miqdrada seliyin əmələ gəlməsinə gətirib çıxardır. Nəticədə burun yolları daralır, selik çölə axa bilmir və burnumuz "tutulur".

Adətən belə vəziyyətdə biz damar daraldan burun damcılarından və ya spreylərdən (qalazolin, naftizin, dlyanos, nazol, sanorin və s.) istifadə edirik. Bu vasitələr burun damarlarını daraldır ki, nəfəsalma da asanlaşır.

Lakin belə vasitələrdən yalnız az bir müddət ərzində (5-7 gün) istifadə etmək olar. Daha uzun müddət ərzində istifadə etdikdə bu vasitələr çox ciddi fəsadlar yaradır - burunun selikli qişası qalınlaşır, onun üzərində poliplər əmələ gəlir, burun nəfəsalması pozulur, bəzən hətta tam mümkünsüz olur, insan daim hiss edir ki, onun burnu tutulub.

Belə vəziyyətdə insan damar daraldan vasitələrdən istifadə etməyə davam edir və nəticədə qüsurlu və qapalı dairə yaranır: insan damar daraldan damcılardan istifadə edir - selikli qişa qalınlaşır - burun tutulur - insan yenə damcılardan istifadə edir - selikli qişa daha da qalınlaşır və s. Vəziyyət elə həddə çata bilər ki, qalınlaşmış selikli qişa burun yollarını tam bağlayacaq. Bunun isə yeganə çıxış yolu artıq selikli qişanın cərrahi yolu ilə xaric edilməsidir.  

Bu səbəblərə görə bütün dünya LOR həkimlərinin assosiasiyaları zökəm və ya allergiya zamanı damar daraldan vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmir.

Bəs onda zökəmi necə müalicə edək? LOR həkimləri burun yollarını duzlu su ilə yumağı, tərkibində hormonlar (steroidlər) olan damcılardan istifadə etməyi (7 günə qədər) və tərkibində "psevdoefedrin" olan dərmanlardan birini (məs., ferveks, koldreks, teraflü) qəbul etməyi tövsiyə edir.

Diqqət! Hamiləlik zamanı damar daraldan vasitələrdən istifadə döldə hipoksiyaya (oksigen çatışmazlığı) səbəb ola bilər.

 

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR