Slimfit
  1. AZƏRBAYCAN

Bu binalara “kupça” veriləcək - Təsdiqləndi

Bu binalara “kupça” veriləcək - Təsdiqləndi
Sakura

Bu binalara “kupça” veriləcək - Təsdiqləndi

Baş nazir Novruz Məmmədov “çoxmənzilli yaşayış binasının istismarına icazənin forması”nı təsdiq edib.

Yeniavaz.com xəbər verir ki, qərarla 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan binalar üzrə icazələrin verilməsi nəzərdə tutulur. 

Formada tikinti obyektinin yeri, onun tikintisinə icazə verən oqranın adı, istismar təyinatına dair məlumatlar tələb olunur.

Tikintiyə icazə ilə bağlı hər hansı sənədlər mövcuddursa, bunlar da icazə formasında öz əksini tapmalıdır.

Qərarda göstərilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən, yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, istismara icazə veriləcək.

İcazə forması ilə ətraflı tanış olmaq üçün link: https://cabmin.gov.az/az/document/3475/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR