Dərc edildi: Baxış sayı: 782
Bu bərbərxana karantinə rəğmən fəaliyyət göstərib
Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhərin 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq, fəaliyyət göstərən bərbərxana aşkar edilib.
Həmin obyektin sahibi Gəray Əliyev polis şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, inzibati qaydada cəzalandırılıb.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət