Bu banklarda inək, qoyun, girov qoymaqla kredit götürə bilərsiz
Hazırda Azərbaycanda 30 bank olmasına baxmayaraq heç də bütün banklar mal-qara girovu qarşılığında kredit təklif etmir. Bu cür kredit verən verən banklar el dili ilə desək “barmaq sayı” qədərdir. Bəs qoyun quzuya kredit hansı şərtlərlə verilir?
Bank mütəxəssislərindən birinin Fins.az-a verdiyi məlumata görə kredit verilərkən fermerin ailə gəlirlərinə nəzər yetirilir. Bundan başqa girov qoymaq istədiyi mal-qaraya baxılır. Misal üçün hollandiya inəklərinə daha çox pul verilir. Rusiya inəklərinə bir qədər az , öz yerli inəklərimizə isə digərləri ilə müqayisədə daha az pul təklif edilir.
“Accessbank “
Bank mal-qara girov qoyaraq jredit götürmək istəyənlərə 6-36 ay arası vaxt verirlər. Kreditin məbləği isə 500 manatdan 50 min manata qədərdir. Lazın gəldikdə isə kreditin müddəti 5 ilə dək də artırıla bilər. Kredit faizi isə maksimum olsa 25% olacaq.
“Amrahbank”
Bank girovu mal-qara və ya qoyun olanlara girovsuz 24 aya dək illik 23% faizlə kredit verir. Girovle kredit zamansı isə 36-48 ay olmaqla 18-25% verilir.
“Bank Respublika”
Adı çəkilən bank mal-qara və ya qoyun girov qoyulmaqla verdiyi kreditin faizi 12-16% arasında dəyişir. Kreditin müddəti isə 36 ay olur. Lakin istisna hallarda bir qədər də uzun müddətə kredit verilə bilər.
“Bank VTB Azərbaycan”
Bnk VTB yuxarıda sadalanana girov predmetli krediti maksimum 60 ay müddətinə təklif edir. Bu zaman bankın illik faiz dərəcəsi isə 15-22% arasında dəyişir. Təklif olunan məbləğ isə 25 min manat ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət