Dərc edildi: Baxış sayı: 552
Bu bank Vəliyevlər ailəsinin oldu - Onlar kimdir?
“Muğanbank” ASC-nin səhmdarı Elmir Mehdiyev öz səhmlərinin 74%-ni satıb.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, səhmlər hər biri 37% pay olmaqla Munir və Samir Vəliyevlərə ötürülüb.
Ətraflı
Bankda pay sahibi olan Fəridə Mehdiyeva da öz səhmlərinin 6%-ni hər biri 3% olmaqla eyni şəxslər arasında bölüşdürüb.
Qeyd edək ki, Munir və Samir Vəliyevlər Odlar Yurdu Universitetinin rektoru, keçmiş millət vəkili Əhməd Vəliyevin oğullarıdır.
“Muğanbank” ASC-nin səhmdarının pay bölgüsü daha əvvəl Elmir Mehdiyev 67,74%, Maqbet Mehdiyev 11,58%, Vəfa Vəliyeva 10,65%, Fəridə Mehdiyeva 10,03% olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət