Slimfit
  1. TEXNOLOGİYA

Bu ay azərbaycanlılar Google-da nə axtarıb?

Bu ay azərbaycanlılar Google-da nə axtarıb?
Sakura

Bu ay azərbaycanlılar Google-da nə axtarıb?

Hər təqvim ayı bir insanın həyatında, eləcə də ölkə tarixində müəyyən iz qoyur. Müxtəlif mövzuları ilə yadda qalan avqust da bunun baris nümunəsidir. 

 Beləliklə, avqust ayı ərzində azərbaycanlılar Google-da nə axtarıblar? Nə ilə maraqlanıblar?

Ens.az xəbər verir ki, TED.az olaraq bu ay ərzində ən çox axtarılan sözlərin siyahısını sizə təqdim edirik:

 1. Lotu Quli

Lotu Quli — Azərbaycanlı “qanuni oğru” kimi tanınan Nadir Səlifovun ləqəbidir. Kriminal aləmin lideri hesab olunan Nadir Səlifov 20 avqust tarixində güllələnib. 

 2. Çepionlar Liqası

UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Avqust ayının 31-də Çempionlar Liqasının qalibi müəyyənləşdi, həmçinin Azərbaycanın "Qarabağ" adlı futbol komandasının növbəti rəqibi bilindi.

 3. Çimərlik.az 

Cimerlik.az — çimərlikdə onlayn növbə prosedurunu həyata keçirmək üçün yaradılan saytdır. Platforma 5 avqustdan etibarən işə salınıb.

 4.Ramiz Mehdiyev 

Ramiz Mehdiyev — Azərbaycanın siyasi xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019-cu ildən), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviridir. KİV-in yaydığı məlumata əsasən, avqustun 18-də keçirilən R.Mehtiyevin nəvəsinin toyu gündəmə gəlmişdir.

 5. CBC Sport

CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalıdır. Kanal canlı olaraq bütün idman növlərinin matçlarını translasiya edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR