Şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir
Şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Axar.az-a verilən məlumata görə, dövlət nəzarəti ilə təmin olunan, avtonəqliyyat vasitəsi hər gün texniki baxışdan və sürücüsü tibbi müayinədən keçən müntəzəm marşrut xətlərindən fərqli olaraq, qeyri-qanuni daşımalarda qəza ehtimalı yüksək olur:
“Sərnişinlərə xidmət göstərən müntəzəm marşrut xətləri üzrə müəyyən edilən avtonəqliyyat vasitələri avtovağzallardan və avtostansiyalardan hərəkət edir. Sərnişinlərimizə müraciət edərək bildiririk ki, həyatları üçün təhlükəli olan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmayan, sürücülərini reysqabağı tibbi müayinədən keçirməyən qanunsuz daşıyıcıların "xidmətləri"ndən istifadə etməsinlər. Belə hallarla rastlaşdıqları zaman Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 012 566 52 58 şəhər nömrəsi ilə, səhifəmizin admin və redaktorları ilə və ya həmin daşıyıcılarla bağlı tədbirlərin görülməsinə dair səlahiyyətli qurumların qaynar xətləri ilə əlaqə saxlasınlar. Biz də öz növbəmizdə sizdən daxil olan şikayətləri aidiyyəti üzrə yönəldəcəyik və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsinə dəstək olacağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət