Dərc edildi: Baxış sayı: 667
Bu avtobuslarda kondisionerlər qoşuldu
“Xaliq Faiqoğlu” MMC istismarında olan 18 və 85 saylı marşrut xətləri üzrə müasir AVRO-5 standartlarına cavab verən 50 avtobusda bu gündən etibarən kondisionerlər işlək vəziyyətə gətirilib.
Bu barədə Lent.az-a MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə digər marşrut xətlərində də kondisionerlər qoşulacaq.
Qeyd edək ki, kondisionerlərin qoşulması 1 iyun tarixinə nəzərdə tutulsa da, sərnişinlərin müraciətləri nəzərə alınaraq bu proses 2 həftə önə çəkilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət