Slimfit
  1. DÜNYA

Bu Avropa ölkəsini yazda gözləyən təhlükə...

Bu Avropa ölkəsini yazda gözləyən təhlükə...
Sakura

Bu Avropa ölkəsini yazda gözləyən təhlükə...

Bosniya və Herseqovina sərhəd polisinin direktoru Zoran Qaliç ölkəsinin yazda yenidən qanunsuz miqrant axınına məruz qala bilmə təhlükəsinin olduğunu deyib.

Axar.az xəbər verir ki, qonşu ölkələrin sərhədlərini bağlaması nəticəsində əsasən Yaxın Şərqdən gələn miqrantların Bosniya və Herseqovinaya gəlib qalması ötən il ölkəni ciddi problemlərlə üz-üzə qoymuşdu. Ölkə rəhbərliyi qanunsuz gələnlərin qarşısını almaq üçün maddi və texniki resurslarının olmadığını da açıqlamışdı.

Z.Qaliç qışa doğru gələnlərin sayının iqlimlə əlaqələndirib və vurğulayıb ki, havalar isindikcə bu axın sürətlənəcək. Bunun qarşısını almaq üçün digər ölkələrin və əlaqədar beynəlxalq qurumların köməyinə ehtiyac var. Belə ki, hazırda sərhəd polisində 2 min 228 əməkdaş çalışır. Sərhədlərin qorunması üçün ən azı 100 nəqliyyat vasitəsi, 132 binokl, 66 teplovizora ehtiyac var.

Ötən il ölkə sərhədlərində 13 min 251 nəfər qanunsuz miqrant saxlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR