Dərc edildi: Baxış sayı: 289
Bu avadanlıq və materiallar 2 il gömrük idxal rüsumuna cəlb olunmayacaq
Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (NEZ, xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar bu il yanvarın 1-dən 2 il müddətinə gömrük idxal rüsumuna cəlb olunmayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət