Slimfit
  1. CƏMİYYƏT

Bu arayışları da elektron alacağıq

Bu arayışları da elektron alacağıq
Sakura

Bu arayışları da elektron alacağıq

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır

"Qafqazinfo"ya daxil olan məlumata görə, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

1. İş yerinə dair e-arayış xidməti

2. Əlilliyə dair e-arayış xidməti

3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti

4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti

5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti

6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti

7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti

8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti

9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti

10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti

11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti

12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti

13. Məşğulluq altsistemindən e-arayış xidməti

14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti

15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR