Slimfit
  1. AZƏRBAYCAN

Bu ailələrin müavinəti artırılsın – Millət vəkili

Bu ailələrin müavinəti artırılsın – Millət vəkili
Sakura

Bu ailələrin müavinəti artırılsın – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2019-cu il büdcə müzakirələri ilə bağlı bugünkü iclasında seçicilərinin bir sıra problemlərini qaldırıb və onların həlli istiqamətində hökumətə çağırışlar edib.

Axar.az xəbər verir ki, deputat çıxışı zamanı bri sıra mühüm təkliflər səsləndirib.

Millət vəkili autizmli xəstələrin problemlərini qaldıraraq bu sahədə həmin uşaqlara, onların ailələrinə dəstək göstərilməsi üçün proqramlara və həmin proqramlar üçün büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu bildirib.

Millət vəkili Tovuzda bəzi tarixi-mədəni abidələrin ağır vəziyyətdə olduğunu və bu səbəbdən də orada qısa zamanda təmir işlərinin aparılmasını vacib hesab edib.

Q.Paşayeva Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin çoxuşaqlı ailələrə müavinətlərin artırılması ilə bağlı təklifini dəstəkləyib.

Deputat hökuməti bu istiqamətdə müvafiq addımlar görməyə çağırıb.

Millət vəkili Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında məişət zorakılığı ilə mübarizədə çox mühüm işlərin görüldüyünü bildirib və bu istiqamətdə ən vacib məsələlərdən birinin məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılması olduğunu qeyd edib.

Q.Paşayeva bu istiqamətdə işlərin aparılması üçün aidiyyəti qurumlardan vəsaitin ayrılmasını xahiş edib və məişət zorakılığı ilə mübarizədə irəli sürülən təklifləri dəstəkləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR