Slimfit
  1. CƏMİYYƏT

Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlər

Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlər
Sakura

Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlər

Braziliyaya məxsus Fernando de Noronya adaları bu il aprelin əvvəlindən ətraf aləmdən təcrid olunmuş vəziyyətə son qoyaraq sentyabrın 1-dən turistlər üçün yenidən açılır. Lakin buraya gəlmək istəyənlər COVID-19 virusuna yoluxub sağaldıqlarına dair sənəd təqdim etməlidirlər.

Report” adaları təşkil edən inzibati dairənin saytına istinadən xəbər verir ki, Atlantik okeanında yerləşən bu səfalı adalarda istirahət etmək üçün COVID-19 testinin müsbət nəticəsi və keçirilmiş xəstəliyə dair rəsmi arayış təqdim olunmalıdır. Həm də adi sürətli test işə yaramır, yalnız G sinif anticisimlərə əsaslanan seroloji analiz və PCR diaqnostikasının rəyi qəbul edilir.

Adaların məxsus olduğu Pernambuko ştatının dövlət səhiyyə katibi Andre Lunqo bu barədə deyib: “Noronya COVID-19 epidemiyasına nəzarət baxımından uğurlu nümunədir. Burada artıq neçə vaxtdır daxili yoluxma halları qeydə alınmır. Bu vəziyyəti qoruyub saxlamalıyıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR