Slimfit
  1. MARAQLI

Bu 5 nəfərin həqiqətən yaşadığına inanmaq çətindir

Bu 5 nəfərin həqiqətən yaşadığına inanmaq çətindir
Sakura

Bu 5 nəfərin həqiqətən yaşadığına inanmaq çətindir

Bəzi tibbi tapıntılar tibb ictimaiyyətini çaşdırır və eyni zamanda, bir çox insan üçün olduqca həyəcanverici görünür.  Ancaq fərqli  görünüşə sahib olan insanlar təbii ki, 19 və ya 20-ci əsrdə asan bir həyat yaşamırdılar.

Əksəriyyət onlarını eybəcər adlandırırdı və dərmanlar kömək edə bilmirdi. Öz spesifik zahiri görünüşlərinə görə, onlar çox vaxt cəmiyyətdən kənarda qalırdılar.

Ens.az saytı 19 və 20-ci əsrlərin qovuşduğu dövrdə yaşamış və hətta bu gün də uydurma  roman personajları kimi görünə bilən  beş insanla sizi tanış edir.

1. Dəv qız kimi də tanınan Ella Harper

Ella bu ləqəbi əlləri və ayaqları üzərində gəzdiyi üçün almışdı.

Qız 1870-ci ildə recurvatum geni adlandırılan  qeyri-adi və  nadir  qüsurla doğulmuşdu.  Onun dizləri əks istiqamətə əyilmişdi.

Ömrü boyu sirkdə çıxış edərək həftədə 200 dollar qazanırdı.  Çox vaxt səhnəyə əsl dəvə ilə daxil olurdu.

Ella öz peşəsini alçaldıcı hesab edirdi. Nəticədə, sirkdən ayrılmaq qərarına gəldi.  Onun sirk karyerasına son qoyduqdan sonra  nə ilə məşğul olduğu məlum deyil. O, 1921-ci ildə vəfat etdi.

2. Ohayonun Böyük Ayağı olaraq bilinən Fanni Mills

Doğulduğu andan Fanni milroya xəstəliyindən əziyyət çəkirdi, buna görə ayaqları olduqca sürətlə böyüyürdü (uzunluğu 43 sm çatdı).

Milroy xəstəliyi fil azarına (limfatik şiş) gətirib çıxarır.  Ailə, "böyük ayaqları olan bir gənc xanım"la  evlənmək istəyənlərə  böyük  məbləğ təklif etdi.

Nəticədə 26 yaşlı Fanni 46 yaşlı Uilyam Brauna ərə getdi.

3. Fransız mələyi kimi tanınan Moris  Tille

Moris 20-ci əsrin əvvəllərində  ağır çəkidə ikiqat çempion olmuşdu.

O, 1940-cı illərdə özünü aktyor kimi də sübut etdi. Yeniyetmə ikən ona böyümə hormonunun həddindən artıq ifraz olunmasına səbəb olan akromeqaliya diaqnozu qoyulmuşdu. Moris Tille həm də Şrek yaradıcılarına ilham verib.

4. Böyük Lentini kimi tanınan Frenk Lentini

Frank iki ayağın birinə qoşulmasının nəticəsi olan üç tam işlək ayağa sahib idi. 

Həyatını Birləşmiş Ştatlarda gəzib sirklərdə cıxış edərək keçirirdi. Onun arvadı və dörd uşağı var idi.

5. Jan Libber, Cüt olaraq tanınır

Jan çox qeyri-adi görünüşdə idi, ona görə ki,  sinəsinə parazit  əkizi  bərkidilmişdi.

Rentgen Janın  bədəninə 15 santimetrlik   kiçik bir başın yapışıq olduğunu göstərmişdi. İnsan Əkiz Jak adlandırılırdı.

Mənbə: Вневремени

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR