Dərc edildi: Baxış sayı: 439
Bu 4 ölkə dünya çempionatına ev sahibliyi edə bilər
Serbiya, Yunanıstan, Bolqarıstan və Rumıniya 2028-ci ildə futbol üzrə Avropa və ya 2030-cu ildə dünya çempionatlarına ev sahibliyi ilə bağlı birgə müraciət etmək üçün təşkilat komitəsi yaradıb.
Axar.azxəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
Dövlət başçısı təşkilat komitəsinin yaradılması barədə qərarın Belqradda keçirilən dördtərəfli görüşdə qəbul olunduğunu bildirib. Prezident sənədlərin 2021-ci ilin dekabrına qədər təqdim edilməli olduğunu, qərarın isə 2022-ci ilin iyulunda açıqlana biləcəyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət