Dərc edildi: Baxış sayı: 416
BTQ ilə Çindən Avropaya gedən ilk yük qatarı Ankaraya çatıb
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə Çindən Avropaya gedən ilk yük qatarı Ankaraya çatıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Çinin Şian şəhərindən çıxan, Mərmərə kanalından istifadə edərək Avropaya keçəcək ilk yük qatarı "China Railway Express" 6 noyabr 2019-cu il tarixində Ankaraya çatıb. Bu hadisə ölkəmizin davam etdirdiyi şərq və qərb arasındakı qarşılıqlı əlaqəni inkişaf etdirmə baxışının ən son nümunəsidir. Xəzər dənizindən keçən Şərq-Qərb Orta Dəhlizi çərçivəsində regiondakı ortaqlarımızla birlikdə lazımi addımların atılmasına davam ediləcək”, - deyə XİN-nin açıqlamasında bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət