Slimfit
  1. AZƏRBAYCAN

BTE-nin məktəbli formaları bazardan çıxarılır? - Açıqlama

BTE-nin məktəbli formaları bazardan çıxarılır? - Açıqlama
Sakura

BTE-nin məktəbli formaları bazardan çıxarılır? - Açıqlama

“Ümumi təhsil haqqında” Qanuna əsasən, Azərbaycanda məktəbli formalarının bir neçə çeşidi təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub. Həmin məktəbli formalarının çeşidləri təsdiqləndikdən sonra məktəblər bunun əsasında seçim edəcəklər.
Artıq bir neçə ildir ki, ölkədə fəaliyyət göstərən bir sıra məktəblər Bakı Tikiş Evinin məktəbli formalarını seçir və əksər valideynlər bu formaları alır. Valideynləri narahat edən odur ki, yeni formalar təsdiqləndikdən sonra BTE-nin ənənəvi formaları sıradan çıxacaq, ya yox? 

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Azvision.az -a açıqlamasında bildirib ki, onlar öz formalarını istehsal etməyə davam edəcəklər. 

“Məktəbli formaları ilə bağlı məlumat yenidir. Orada bir neçə variantın olacağı deyilir. Əlbəttə, onların içərisində Bakı Tikiş Evinin də nümunələri olacaq. Bu formalar təsdiqləndikdən sonra məktəblər özü seçim edəcək. Bizim formalar keyfiyyətli olduğu üçün valideynlər bizi seçirlər”. 

E.Əliyev qeyd edib ki, bu sahədə monopoliya olmamalıdır və bir neçə nümunədən məktəb hansını istəyirsə, o da istifadəyə verilməlidir. 

“Son 2 ildə Təhsil Nazirliyi internat evlərinə, kimsəsiz uşaqlara, imkanı olmayanlara bizdən 15 minə yaxın məktəbli formasını alıb, pulsuz paylayıb. Məhsullarımız keyfiyyətli olduğu üçün bizi seçirlər". 

E.Əliyev növbəti tədris ili üçün formalarda və qiymətlərdə dəyişiklik edilməyəcəyini vurğulayıb: “Azərbaycanda əhalinin əksər hissəsi uşaqlar üçün bizim formanı alıb. Yeni nəsə olsa, gərək bu formaları atsınlar. Ailələr var ki, böyük uşağın paltarını balacaya geyindirir. Ona görə də formalarda ciddi dəyişiklik olmayacaq”. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR