Slimfit
  1. TƏHSİL VƏ KARYERA

BTE-dən məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

BTE-dən məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”
Sakura

BTE-dən məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil haqqında” Qanuna müvafiq olaraq, bir neçə çeşiddə məktəbli formasının hazırlanacağını bildirib. Nazir deyib ki, həmin formaların çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirəcək.

Maraqlıdır, yeni məktəbli formalarının hazırlanması nə vaxta nəzərdə tutulub? Bununla bağlı hansı işlər görülür?

AzEdu.az xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, əgər hansısa yenilik tətbiq olunacaqsa belə, bu, 2019-2020-ci tədris ili üçün reallaşmayacaq:

“Əslində 4-5 yeni forma hazırlanması ilə bağlı məsələ bir az müəmmalıdır. Çünki onsuz da vahid məktəbli forması var. Ola bilsin məktəbli formalarının özəl məktəblərdə də tətbiqi nəzərdə tutulub, amma mən bunu deyə bilmərəm, bu barədə məlumatsızam. Məsələ burasındadır ki, yeni tədris ili üçün heç bir yeni təklif yoxdur. Bilirsiniz ki, yeni tədris ilinin başlamasına iki ay yarım qalıb. Bu müddətdə yeni məktəbli formalarının dizaynını hazırlamaq, onları baxışa vermək, daha sonra tikişinə başlamaq mümkün deyil. Çünki bunun üçün kifayət qədər böyük vaxt lazımdır. Ona görə də yeniliyin bu mövsümdən tətbiq olunacağına inanmıram. Çünki çatdırmaq mümkün deyil. Təhsil naziri rəsmiləri açıqlama verərkən də bildirdi ki, təkliflər 3 ay müddətinə hazırlanacaq və bundan sonra baxılıb təsdilənəcək. Yəqin ki, həmin yenilik 2020-2021-ci tədris ili üçün nəzərdə tutulacaq. Amma məndə bu barədə dəqiq məlumat yoxdur. Hətta dəyişiklik olsa belə, tədricən olacaq. Çünki valideynlər bir il əvvəl aldığı və övladının əyninə olan geyimi atası deyil ki...Yəni yenilik olsa belə, tədricən tətbiq olunacaq”.

Şöbə müdiri deyib ki, hazırda Bakı Tikiş Evi məktəbli formalarının istehsalını davam etdirir:

"Biz məktəbli formalarının sayı ilə bağlı planlaşdırma aparmırıq, tələbata uyğun olaraq tikirik. Bu il üçün də nə qədər tələb olunacaqsa, o qədər də tikəcəyik. Məhsulu özümüz istehsal etdiyimiz üçün heç bir problemimiz yoxdur. Kifayət qədər parçamız var, sexlərimiz işləyir. Hansı ölçüyə, hansı modelə tələbat artırsa, dərhal hazır edirik. Məsələn, ötən il üçün 30 minə yaxın məktəbli forması istehsal etmişdik.

Bakı Tikiş Evi 2010-cu ildən etibarən məktəbli forması istehsal edir. İndiyədək də məktəblilər bu formaları geyinir. Məhsullarımız keyfiyyətlidir, eyni zamanda, “Bakı Tikiş Evi”inin müəlliflik hüququ var. Başqa bizim kimi müəssisə də yoxdur ki, məktəbli forması istehsal etsin. Son iki il ərzində Təhsil Nazirliyi Bakı Tikiş Evinin istehsal etdiyi 15 min məktəbli forması alaraq, internatlara, imkansız ailələrə pulsuz paylayıb.”. 

E.Əzimov məktəbli formalarının qiymətində hər hansı dəyişiklik olmayacağını, ötənilki qiymətlərin qüvvədə olacağını vurğulayıb.

Qeyd edək ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manatadır.

Bakı Tikiş Evində məktəbli köynəkləri və jiletlərin hər birinin qiyməti 8 manatdır. Köynək və jilet də daxil olmaqla məktəbli formalarının qiyməti müvafiq olaraq 56 manat, 62 manat təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR