Slimfit
  1. AZƏRBAYCAN

BŞİH Qarabağla bağlı mitinqin keçirilməsi üçün müraciəti cavablandırıb

BŞİH Qarabağla bağlı mitinqin keçirilməsi üçün müraciəti cavablandırıb
Sakura

BŞİH Qarabağla bağlı mitinqin keçirilməsi üçün müraciəti cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçirilməsinə yer ayrılması üçün ünvanlanan müraciətə müsbət cavab verib.

Mitinqin təşkil edilməsi ilə bağlı yaradılan Qarabağ Komitəsinin üzvü, jurnalist Əvəz Zeynallı “Report”a açıqlamasında deyib ki, şəhər icra hakimiyyətində mitinqlə bağlı müraciətə baxılıb, Qarabağ Komitəsinin sentyabrın 29-da saat 15:00-dan 17:00-dək Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib. 

Komitə üzvünün sözlərinə görə, mitinqdə "Qarabağ bizimdir, bizim olacaq", "Ya Qarabağ, ya ölüm" və s. şüarlar səsləndiriləcək.

Ə.Zeynallı bildirib ki, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar mitinqə dəstək verəcəklərini açıqlayıblar.

O qeyd edib ki, Qarabağ Komitəsinin mitinqə dəvətlə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Real Partiyaya etdiyi müraciət cavabsız qalıb: “Biz həmin təşkilatlara yenidən müraciət etməyi düşünürük”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR