AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, 21 avqust - 5 sentyabr aralığında internetdən bilet almış 380 min nəfərin kredit kartı bilgilərinin ələ keçirildiyi bildirilib.

Şirkətdən verilən məlumata görə, sistemdəki boşluq aradan qaldırılıb.

İstifadəçilərin səyahətləri ilə bağlı nüanslar və pasport məlumatlarına ziyan gəlmədiyini açıqlamış “British Airways” hadisənin ədliyyəyə bildirildiyini qeyd edib.