Dərc edildi: Baxış sayı: 161
Britaniyanın Ukraynaya yardım paketində nələr var?
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Polşaya səfəri zamanı Ukraynaya 617 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağı gözlənilir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Anton Geraşenko paylaşım edib.
Məlumata görə, paket əsasında Kiyevə 60 qayığın, 1600-dən çox zərbə və HHM raketlərinin, “Storm Shadow” yüksək dəqiqlikli uzunmənzilli raketlərin, 400-dən çox hərbi nəqliyyat vasitəsinin, 160-dan çox “Husky” avtomobilinin, 162 zirehli maşının və 78 yerüstü nəqliyyat vasitəsinin verilməsi nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət