Slimfit
  1. DÜNYA

Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik

Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik
Sakura

Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib ki, Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ticarət sazişi bağlamağa tələsmir.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, məqsəd Britaniyanın milli maraqlarına uyğun və düzgün bir razılaşma əldə etməkdir və bu istiqamətdə danışıqlar davam etdirilir. Nazir bildirib ki, danışıqlarda ərzaq standartları ilə bağlı heç bir güzəşt gündəmdə deyil. O, həmçinin əlavə edib ki, ABŞ tərəfi də bu sazişi imzalamaqda maraqlıdır və iki ölkə arasında müzakirələr davam edir.

Nazir bu həftə Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantıları çərçivəsində ABŞ-ın idxal rüsumlarının azaldılması istiqamətində irəliləyişə nail olmağa ümid etdiyini bildirib.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ Böyük Britaniyadan müxtəlif mallar xüsusilə də Amerika kənd təsərrüfatı məhsulları, o cümlədən mal əti üzrə tətbiq olunan rüsumlar və qeyri-tarif baryerlərin azaldılmasını istəyir. Lakin R. Rivz bu məsələdə Britaniyanın mövqeyinin dəyişməz olduğunu bildirib: “Biz ərzaq təhlükəsizliyi və standartlarımızı yumşaltmayacağıq. Bu mövqeyimizi ABŞ tərəfinə aydın şəkildə izah etmişik və onlar da bunu anlayır və hörmətlə yanaşırlar. Bu məsələ hazırda danışıqların gündəmində deyil”.

Nazir onu da qeyd edib ki, Britaniya yalnız ABŞ-la deyil, həm də Avropa İttifaqı ilə post-Breksit dövründə ticarət maneələrinin azaldılması istiqamətində addımlar atmaq niyyətindədir. Lakin London Vaşinqtonun ərzaq standartlarına dair tələblərini qəbul etsə, bu proses çətinləşə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR