Slimfit
  1. SİYASƏT

Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınayıb

Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınayıb
Sakura

Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınayıb

Ens.az xəbər verir ki,Britaniyalı jurnalist Neil Vatson APA-nın Britaniya bürosuna verdiyi açıqlamada azərbaycanlı mülki vətəndaşlara qarşı həyata keçirilən erməni təcavüzünün insanlığa, insan haqlarına və beynəlxalq hüquqa zidd hərəkət olduğunu bildirib. 

O, qeyd edib ki, bu, dünya liderləri tərəfindən qınanılmalıdır.

“Bunlardan ən faciəlisi isə ikisi kiçik uşaq olmaqla, beş nəfərlik bir ailənin öldürülməsidir”, - deyə jurnalist bildirib. 

Neil Vatson bildirib ki, Azərbaycan danışıqlar yolu ilə sülhün bərqərar olması üçün  ATƏT-in Minsk Qrupu ilə daim əməkdaşlıq edib: “Lakin ABŞ, Rusiya və Fransa tərəfindən həmsədrləri olan bu qurumda erməni perspektivinə meyllilik müşahidə edilir. Rusiya isə münaqişənin, həmçinin, mühüm enerji boru kəmərlərinə yaxın olması səbəbindən bölgədə qeyri-sabitlik yaratmaq istəyir”, - Vatson qeyd edib. 

O, Azərbaycanın 27 ildən sonra Füzuli və Cəbrayıl rayonlarında səkkiz kəndin azad edilməsi, erməni ordusunun bir neçə mövqeyinin dağıdılması və Azərbaycan Silahlı Qüvvələrinin mühüm yüksəkliklərdə nəzarəti ələ keçirməsinin çox şad xəbər olduğunu bildirib: “Bu, Ermənistana və onun tərəfdarlarına işğal status-kvonun davam edə bilməyəcəyi barədə açıq bir mesajdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR