Slimfit
  1. MARAQLI

Britaniyalı Arktikada 100 gün təkbaşına yaşayacaq

Britaniyalı Arktikada 100 gün təkbaşına yaşayacaq
Sakura

İngilis səyyah Arktikada yeni dünya rekordu qırmaq istəyir.

Ens.az Total.kz-yə istinadən xəbər verir ki, Yanğın və xilasetmə xidmətində çalışan və qütb və dağ ekspedisiyalarına rəhbərlik edən britaniyalı Mark Vud yeni dünya rekordu qazanmaq üçün Arktikaya 100 günlük səyahətə çıxır.

“Hər kəs planetimizə necə birbaşa təsir etdiyimizi görə bilmir və biz də görmədiklərimizi görməməzlikdən gəlirik. Yer planeti bizim yeganə evimizdir və onu qorumaq üçün əlimizdən gələni etməliyik”, - Vud bildirir.

SOLO 100 adlanan layihəyə əsasən, səyyah təkbaşına və başqasının köməyi olmadan arktik dəniz buzunu keçməlidir. O, hekayələr və video mesajlar yazacağına, həmçinin iqlim dəyişikliyi ilə bağlı məlumat paylaşacağına söz verir.  

Mark orta temperaturu mənfi 40 dərəcə, güclü qütb küləkləri və insanla təmasda olmayan 1850 km-dən çox qeyri-sabit dəniz buzunu qət edəcəkdir. Səyahət zamanı bir başqa real təhlükə də qütb ayılarıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR