Dərc edildi: Baxış sayı: 614
Britaniyadan mesaj: NATO savaşa hazırlaşır
Britaniya hərbçiləri NATO-nun Norveçdəki “Trident Juncture” təliminə qatılıblar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Müdafiə naziri Mark Lankaster deyib. O, bu təlimin Arktikada yaranmış çətin situasiya ilə əlaqədar çox vacib olduğunu bildirib:
“Arktika daha çox hərbiləşir. İndi Britaniya və onun NATO-dakı müttəfiqləri üçün ən çətin şəraitdə təlimlər əvvəlki dövrlərdən daha vacibdir. Bu təlim alyansa istənilən aqressiyanın qarşısını almaq imkanlarını sınaqdan keçirməyə imkan verir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət