Slimfit
  1. MARAQLI

Britaniyada qəzadan sağ çıxan qadının dəhşətli Rentgen görüntüləri yayılıb

Britaniyada qəzadan sağ çıxan qadının dəhşətli Rentgen görüntüləri yayılıb
Sakura

Britaniyada qəzadan sağ çıxan qadının dəhşətli Rentgen görüntüləri yayılıb

Ens.az xəbər verir ki, Britaniya yol polisi qorxunc rentgen təsvirlərini yayımlayıb. Burada ayaqlarını avtomobilin öm alətlər panelinə qoyan və qəzaya düşən qadının omba sümüklərinin hansı hala düşdüyü açıq şəkildə görsənir.

Toqquşma zamanı qadının çanaq sümükləri əzik-əzik olub, onlardan biri qırılıb, digəri isə oynaqdan aralanıb.

Uels Polis serjantı Yen Prays bu fotoşəkili maşın gedərkən ayağını panelə qoyanlara xəbərdarlıq olaraq göndərdiyini bildirib: "Bu, toqquşma zamanı ayaqları maşının ön alətlər panelində olan qabaq oturacaqdakı sərnişinin dəhşətli xəsarətlərinin rentgenidir. Əgər sizin sərnişiniz bunu etmək istəyirsə, ona belə şey etməyə qəti olaraq izn verməyin və bu şəkli göstərin. "

Qeyd edək ki, həmin qadın sağ qalıb, ancaq xəsarətlər o qədər ciddidir ki, çətin ki, normal həyata qayıda bilə.

Panelə ayaqları uzatmaq qanunla qadağan deyil. Bununla belə, polis yan güzgü görünüşünə maneə törətdiyinə görə cərimə yaza bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR