Slimfit
  1. DÜNYA

Britaniyada koronavirusdan daha çox qaradərililər ölür - SƏBƏB

Britaniyada koronavirusdan daha çox qaradərililər ölür - SƏBƏB
Sakura

Britaniyada koronavirusdan daha çox qaradərililər ölür - SƏBƏB

Böyük Britaniyada müxtəlif etnik qrupların nümayəndələri arasında koronavirusdan ölüm nisbəti fərqlidir.

Belə bir nəticəyə Birləşmiş Krallığın Fiskal Tədqiqatlar İnstitutunun (IFS) alimləri gəliblər.

Bu barədə saytın hesabatında bildirilir. Ölkə xəstəxanalarında adambaşına düşən ən yüksək ölüm nisbəti Karib dənizi və Afrika ölkələrindən, həmçinin, Pakistan və Banqladeşdən olan qaradərili mühacirlər arasında qeydə alınıb.

Bu rəqəm ölkənin ağdərili əhalisindən iki-üç dəfə çoxdur. Hindlilərin diasporunda və ağ əhalinin kiçik etnik qruplarında ölüm nisbətinin daha yüksək olduğu bildirilir. Eyni zamanda, irlandlar arasında ölənlərin sayının ingilislərdən daha az olduğu qeyd edilir.

Tədqiqatçılar hesab edirlər ki, bu fərq iqtisadi və sosial amillərin kompleksi, həmçinin, vətəndaşların sağlamlıq vəziyyəti ilə əlaqədardır. Bundan əlavə, müəyyən bir ərazidə coğrafi bölgü və əhalinin sıxlığı da ölüm səviyyəsinə təsir göstərir.

Ötən gün ölkənin Baş naziri Boris Conson gələn həftə karantin rejimi tədbirlərinin yumşaldılmasının mümkün olacağını, ancaq bunun üçün bütün addımların tibb mütəxəssisləri ilə razılaşdırılacağını deyib.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR