Britaniyada koronavirusa yoluxanların sayı 233 mini ötdü
Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 428 nəfər artıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 33 614 nəfərə çatıb.
Məlumata görə, son sutkada ölkədə virusa yoluxanların sayı 3 446 nəfər artaraq 233 151 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət