Slimfit
  1. DÜNYA

Britaniyada gənc sürücülərin axşam saatlarında avtomobil idarə etməsi yasaqlana bilər

Britaniyada gənc sürücülərin axşam saatlarında avtomobil idarə etməsi yasaqlana bilər
Sakura

Britaniyada gənc sürücülərin axşam saatlarında avtomobil idarə etməsi yasaqlana bilər

Böyük Britaniyada gənc sürücülərin axşam saatlarında avtomobil idarə etməsi yasaqlana bilər. Buna səbəb axşam saatlarında gənc sürücülərin daha çox qəza törətməsidir.

Ölkəmizdə necə, avtomobil qəzalarının sayını azaltmaq üçün bu cür qadağalar gündəmə gələ bilərmi?

Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avropa dövlətlərində bu sahədə böyük təcrübənin mövcud oluğunu bildirdi:

“Dünyanın bəzi ölkələrində belə maraqlı yanaşmalar mövcuddur. Bunlar təhlükəsizlik baxımından irəli sürülən təkliflərdir. Təcrübəsiz, avtomobil idarə etməyə yeni başlayan sürücülər üçün bu kimi məhdudiyyətlər var. Bəzi ölkələrdə belə sürücüyə avtomobili tək idarə etməyə icazə vermirlər. Onların yanında daha təcrübəli sürücü olmalıdır. Bəzilərində vaxtla bağlı məhdudiyyətlər qoyurlar və s. Lakin biz bu gün buna hazır deyilik. Çünki bunu tətbiq edəndən sonra ona nəzarət də etmək lazımdır. Buna nəzarət isə kifayət qədər çətindir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR