Dərc edildi: Baxış sayı: 578
Britaniyada bir ilk — Hicablı qadın mer seçildi
Böyük Britaniyanın İslinqton şəhərində maraqlı hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, İslinqton şəhər şurasının iclasında keçirilən seçkilər nəticəsində Somalidən olan Rakxiya İsmayıl mer seçilib.
İsmayıl Somalidən Böyük Britaniyaya 1980-ci illərdə qaçqın kimi gəlib. Bir müddət sonra isə Britaniya paspotu alıb. 2012-ci ildə Rakxiya İslinqton şəhər şurasına üzv seçilib. Ötən ilə isə onu vitse-mer seçiblər.Dövlət işindən başqa İsmayıl xeyriyyə işi ilə məşğul olur.
“İslinqton meri olmaq böyük şərəfdir. Bura mənim evimdir”, - deyə Rakxiya mer seçiləndən sonra deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət