Slimfit
  1. DÜNYA

Britaniya XİN-ə ən gülməli müraciətlər: Süni mayalanma yoxlanışı, qulaqlıqların axtarışı

Britaniya XİN-ə ən gülməli müraciətlər: Süni mayalanma yoxlanışı, qulaqlıqların axtarışı
Sakura

Britaniya XİN-ə ən gülməli müraciətlər: Süni mayalanma yoxlanışı, qulaqlıqların axtarışı

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz saytında 2019-cu ildə yerli və xarici vətəndaşlardan gələn ən gülünc müraciətlərin siyahısını dərc edib. Bildirilib ki, 12 ay ərzində diplomatlara 330 minə yaxın zəng daxil olub.

Bu barədə Lenta.ru xəbər yayıb.

Belə ki, zəng edənlərdən biri Britaniya Xarici İşlər Nazirliyindən amerikalı repçi “50 Cent”lə danışmaq üçün onun telefon nömrəsini istəyib.

Digər bir adam təyyarədəki yeməkdən şikayətlənərək, başqa hava yolu şirkəti tərəfindən geri göndərilməsini istəyib.

Başqa bir sakin Britaniya səfirliyinə zəng edərək onun qulaqlıqlarını hoteldə axtarmasını tələb edib.

Bir qadın isə Xarici İşlər Nazirliyinə elektron poçt göndərərək, Texasda “Britaniya konsulluğundan 30 vərəqdən ibarət A4 kağızı ala bilərəmmi?”, - deyə soruşub. 

Britaniyalı qadın diplomatlardan Qətərdə bir vizajist tapmaqda kömək istəyib, çünki ordakılardan narazı qalıbmış.

Çindən olan cütlük isə süni mayalanma proseduru keçirməyi planlaşdırdıqları üçün Xarici İşlər Nazirliyindən götürülən nümunələrində milliliyyətinin yoxlanılmasını istəyib və donorun Britaniya vətəndaşlığını təsdiqləməyin nə dərəcədə mümkün olduğunu soruşub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR