Dərc edildi: Baxış sayı: 534
Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək - RƏSMİ
MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri ləğv edilib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq.
MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq.
Qeyd edək ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland və Finlandiyadakı yarışlar ləğv edilib. Britaniyadakı yarış 28 - 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət