Slimfit
  1. TEXNOLOGİYA

Britaniya səhiyyə sisteminə süni intellekt tətbiq edilir

Britaniya səhiyyə sisteminə süni intellekt tətbiq edilir
Sakura

Britaniya səhiyyə sisteminə süni intellekt tətbiq edilir

Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) yeni süni intellekt laboratoriyasının yaradılmasına 250 milyon funt-sterlinq ayıracaq. Laboratoriya xəstələrin profillərini şifrləyəcək, süni intellekt isə bu məlumatlar əsasında xəstəliklərin potensial yaranma riskini qiymətləndirəcək.

ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, məlumata görə, süni intellekt laboratoriyasının fəaliyyəti mammoqrafiyanın sürətləndirilməsi, beyin, göz və ürəyin skan edilməsi sayəsində xərçəngin ilkin tədqiqinin effektivliyini artıracaq, eləcə də klinistlərə dərman və qurğulara, həmçinin cərrahi müdaxiləyə tələbi daha yaxşı qiymətləndirməyə imkan verəcək.

“Son məqsəd əməkdaşların gündəlik vəzifələrin avtomatlaşdırılması üçün süni intellekt sistemlərindən istifadə üçün onların ixtisasının artırılmasıdır”, – “NHS” icraçı direktoru Saymon Stivens bildirib.

Britaniya səhiyyə naziri Mett Henkokun sözlərinə görə, süni intellekt texnologiyası artıq səhiyyə sahəsində praktiki tətbiqə hazırdır və investisiyalar Milli Səhiyyə Xidmətinə bu vacib texnologiyalardan istifadədə dünya lideri olmağa kömək üçün düzgün istiqamətdə atılmış daha bir addımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR