Slimfit
  1. AZƏRBAYCAN

Britaniya rəsmilərindən İlham Əliyevə təbrik məktubu

Britaniya rəsmilərindən İlham Əliyevə təbrik məktubu
Sakura

Britaniya rəsmilərindən İlham Əliyevə təbrik məktubu

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər İdarə Heyətinin sədri Yelizaveta Truss və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə nazir Kristofer Pinçer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri,

1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış Əsrin Müqaviləsinin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.

Həmin əhəmiyyətli gün bu gün ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində, BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olacaq, enerji sektorunda əməkdaşlığın məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində çiçəklənəcəyini təmin edir.

Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir və ölkənin təbii ehtiyatları tam hüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.

Biz daima güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiklərinə görə, Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, ARDNŞ-i, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik.

Ən xoş arzularla”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR