Dərc edildi: Baxış sayı: 537
Britaniya polisi maşın nömrəsini yarım milyona satdı
Britaniyada hərraca çıxarılan qədim avtomobil qeydiyyat nömrəsi 250 min funt sterlinqə (530 min manat) satılıb.
Bu haqda “The Sun” xəbər verir.
“AJ1” qeydiyyat nömrəsi 1907-ci ildən Şimali Yorkşir polisinə məxsusdur. Onun ilk sahibi baş konstebl Robert Boyer olub.
Unikal nömrəni satan polis idarəsi əldə olunan vəsaiti yerləşdiyi binanın yanında xatirə parkının salınmasına yönəldəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət