Slimfit
  1. MARAQLI

Britaniya kral ailəsinin qayda-qanunları - Səfərə gedirlərsə, yanlarında...

Britaniya kral ailəsinin qayda-qanunları - Səfərə gedirlərsə, yanlarında...
Sakura

Britaniya kral ailəsinin qayda-qanunları - Səfərə gedirlərsə, yanlarında...

Britaniya Kral ailəsinin həyat tərzi hər zaman hamı üçün maraqlı olmuşdur.

Metbuat.az xəbər verir ki, Kral ailəsinin qadınlarının, kişilərinin və hətta uşaqlarının belə əməl etməli olduğu qayda-qanunlar vardır. Həmin qaydaları təqdim edirik:

Kral ailəsinin qadınları obyektivlərə poza verərkən çənələri yerə paralel olaraq tutulmalıdır. Həmçinin, axşam saat 18:00-a qədər qatıldıqları tədbirlərə şlyapa taxmalıdırlar. Saat 6-dan sonra isə mütləq tac istifadə etməlidirlər. Tacı sadəcə evli qadınlar taxa bilər.

Bir kral ailəsi nümayəndəsi hər hansı bir rəsmi səfərə gedirsə, yanında mütləq cənazə geyimi daşıyır.

Kral ailəsinin kişiləri başlarını əyərək sayğı göstərirlər, qadınlar isə dizlərini bir qədər yığaraq reverans edirlər.

Kimin kimə reverans edəcəyi də qaydalarla tənzimlənir. Məsələn, Keyt Midleton Kraliçaya reverans etmək məcburiyyətindədir. Lakin Kraliçanın nəvələrinin belə bir məcburiyyəti yoxdur.

Keyt Midletonun Kraliça ilə birgə qatıldığı tədbirlərdə niyə daha az diqqət çəkən geyimlər seçdiyini düşünmüsünüzmü? Bunun səbəbi odur ki, Kraliça həmişə ən diqqət çəkən rənglərdə geyinməlidir, çünki o izdiham içində hər kəsdən seçilməlidir.

Kral ailəsinin qadınları toplum içində oturarkən ayaqlarını ya ayaq biləyindən ya da dizdən bir-birinə bitişdirib oturmalıdırlar. 

Kiçik şahzadə Corc həmişə dərzi tərəfindən tikilən şort geyinməlidir. Mövsümün isə fərqi yoxdur. O yalnız müəyyən yaşdan sonra şalvar geyinə bilər.

Taxtın 2 varisi əsla bir təyyarə ilə uçmur. Həmçinin Şahzadə Corc da 12 yaşına qədər atasının olduğu təyyarədə səyahət edə bilməyəcək. 

Həmçinin Kral ailəsinin qadınları tünd rəngli dırnaq boyası çəkə bilməzlər. 

Əsas qaydalardan biri isə belədir: Kral ailəsindən olan birinə toxunmaq olmaz.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR