Slimfit
  1. DÜNYA

Britaniya İrana nota verdi

Britaniya İrana nota verdi
Sakura

Britaniya İrana nota verdi

İranın Böyük Britaniyadakı səfiri Həmid Bəynecad bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Axar.az xəbər verir ki, beynəlxalq konvensiyanın maddələri İran səfirinin diqqətinə çatdırılıb. Bildirilib ki, beynəlxalq konvensiyaya əsasən, səfir toxunulmaz şəxsdir və onun həbs edilməsi yolverilməzdir.

Səfir etiraz notasının hökumətinə çatdıracağını bildirib. Qeyd edib ki, Britaniya səfiri qanunsuz etiraz aksiyasında iştirak edib və polis onu tanımadığına görə saxlayıb. O da qeyd olunub ki, hər bir səfir fəaliyyət göstərdiyi dövlətin qanunlarına hörmətlə yanaşmalıdır.

Xatırladaq ki, yanvarın 12-də Böyük Britaniyanın İrandakı səfiri Robert Makkeyrin Tehranda keçirilən qanunsuz etiraz aksiyasında iştirak edərkən polis tərəfindən saxlanılıb. Polis bölməsində gətirilən diplomat Böyük Britaniyanın İrandakı səfiri olduğunu bildirib. Polis rəisi Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və məsələni aydınlaşdırıb. Saxlanılan şəxsin doğrudan da səfir olduğu müəyyən edildikdən sonra o, sərbəst buraxılıb. Səfir polis bölməsində 1 saatdan bir az artıq qalıb. İran səfirin hərəkətlərini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib və ona xəbərdarlıq edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR