Slimfit
  1. DÜNYA

Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub - Dünya örnək götürəcəkmi?

Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub - Dünya örnək götürəcəkmi?
Sakura

Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub - Dünya örnək götürəcəkmi?

Böyük Britaniya parlamenti “TikTok”a hökumət cihazlarında və daxili şəbəkədə məhdudiyyət qoymaq qərarına gəlib.

Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, qərar “parlament üçün əsas prioritet” olan informasiya təhlükəsizliyi səbəbi ilə qəbul edilib.

Parlamentdəki mənbə “The Guardian”a bildirib ki, sosial şəbəkədən istifadəni qadağan etmək qərarı “Böyük Britaniya hökuməti ilə müəyyən sosial şəbəkələr və proqramlar tərəfindən izləmə və məxfilik pozulmalarının potensial riskləri ilə bağlı müzakirələrdən sonra verilib”.

Böyük Britaniya hökuməti “TikTok”a qarşı sərt addımlar atan ilk ölkə deyil. Bundan əvvəl Şotlandiyada, Yeni Zelandiyada və ABŞ-nin bir sıra ştatlarında hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə qadağan edilib.

P.S. Qeyd edək ki, son aylarda bir çox ölkələrdə sözügedən sosial şəbəkənin mənfi cəhətləri barədə söz-sphbətlər böyüyüb və onun qadağan edilməsi barədə müzakirələr gedir. Görək, həmin ölkələr Britaniyanın təcrübəsindən örnək götürəcəkmi?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR