Slimfit
  1. İQTİSADİYYAT

Britaniya ABŞ ilə sərbəst ticarət sazişi imzalamaq fikrindədir

Britaniya ABŞ ilə sərbəst ticarət sazişi imzalamaq fikrindədir
Sakura

Britaniya ABŞ ilə sərbəst ticarət sazişi imzalamaq fikrindədir

Mayın 5-də Böyük Britaniya ilə ABŞ arasında sərbəst ticarət sazişi imzalamaq üçün videokonfrans formatında danışıqlar başlanacaq.

Report” “Reuters”ə istinadən xəbər verir ki, baş nazir Boris Consonun sözçüsü “Avropa İttifaqından kənardakı ən böyük ticarət tərəfdaşı ilə irimiqyaslı sərbəst ticarət sazişi imzalamaq” niyyətində olduqlarını bildirib.

Xatırladaq ki, aprelin 10-da “The Daily Telegraph” iki tərəfin koronavirusla bağlı vəziyyətə görə sərbəst ticarət sazişinə dair danışıqları qeyri-müəyyən müddətə təxirə saldıqlarını, həm də videokonfrans formatındakı danışıqların nisbətən səmərəsiz olacağı barədə qənaətlərin ortaya çıxdığını bildirmişdi.

Qeyd edək ki, Böyük Britaniya bu il fevralın 1-də Avropa İttifaqından çıxmaqla istənilən tərəflə ticarət sazişi imzalamaq imkanı qazanıb. 2018-ci ildə Böyük Britaniyanın ABŞ-a ixracatı 123,5 milyard funt, bu ölkədən idxalatı isə 78 milyard funt təşkil etmişdi.

Böyük Britaniya hökuməti yaxın vaxtlarda Avstraliya, Yeni Zelandiya, Yaponiya ilə ticarət danışıqlarına dair strategiyalarını açıqlayacaqlarını, 2022-ci ilədək rüsumsuz xarici ticarətini 80 faizə çatdıracaqlarını açıqlayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR