Slimfit
  1. MARAQLI

Brilyant ayaqqabı geyinib, qızıl evdə yaşayan — Kimsəsiz ölən məşhur

Brilyant ayaqqabı geyinib, qızıl evdə yaşayan — Kimsəsiz ölən məşhur
Sakura

Brilyant ayaqqabı geyinib, qızıl evdə yaşayan — Kimsəsiz ölən məşhur

Türk kino tarixinin bir anda parlayıb bir anda da sönən tanınmış siması Cahidə Sonkunun həyat hekayəsi bir çoxları üçün unudulmazdır. Yüzlərlə filmdə yer alan, brilyant qaşlı ayaqqabı geyinib, evinin təməlinə qızıl səpdirən aktrisa ömrünü yoxsul, kimsəsiz başa vurub.

“Qafqazinfo” Cahidə Sonkunun həyat hekayəsni təqdim edir:

1916-cı ildə Yəməndə hərbçi ailəsində doğulub. Ailəsi onun oğlan olacağını düşündüyündən hələ doğulmamışdan ona Necdet adını verib.

Bir qədər sonra İstanbula köçən Sonkunun atası ailəsini tərk edir və onlar yoxsulluq içində yaşamağa başlayırlar. 1932-ci ildə qəzetlərin birində gördüyü elan Sonkunun həyatını dəyişir. Qəzetdəki elanda şəhər teatrları və konservatoriyalar üçün tələbə axtarılırdı. Seçilənlər həm təhsil alacaq, həm də işləyəcəkdi.

Müsahibəyə qatılan Cahidə rejissor Muhsin Ərtoğrulun xoşuna gəlir və müsabiqədən keçir. Ərtoğrul daha sonra dəfələrlə Cahidəyə evlilik təklif etsə də, gənc aktrisa bununla razılaşmır.

Səhnədə ilk debütü “Yeddi kəndin Zeynəbi” tamaşası olur. Bir il sonra isə Ərtoğrulun çəkdiyi “Söz bir, Allah bir” filmində rol alır.

Bir anda şöhrət qazanan Cahidə çoxlu pul qazanır. Tarabyada villa tikdirən aktrisa onun təməlinə qızıl belə səpdirir. Brilyant qaşlı ayaqqabılar geyinib, dəbdəbəli həyat sürən Cahidə Avropanı gəzir, dəvətlərə qatılır, lüks həyat sürür.

İlk evliliyini 1936-cı ildə aktyor Tələt Artəməllə edən Sonku ərinin xəyanəti səbəbindən bir müddət sonra boşanır. 1943-cü ildə ikinci dəfə “tütün kralı” İhsan Dorukla ailə qurur. Ancaq bu evliliyi də uzun çəkmir və üçüncü dəfə Cahit İrqata ərə gedir.

Cahidə təkcə aktrisa kimi deyil, rejissor və prodüser kimi də fəaliyyət göstərirdi. O hətta “Sonku Film” studiyası belə açmışdı.

Ancaq aktrisanın həyatı qəfil çıxan yanğınla alt-üst olur.

Yenicə parlamaya başlayan Zəki Mürənlə kamera qarşısına keçdiyi “Beklenmeyen şarkı” filminin çəkilişləri zamanı Cahidənin bütün var-dövlətii yatırdığı “Sonku Film” studiyası qəsdən yandırılır. Bütün var-dövlətini yanğında itirən Cahidə depressiyaya düşərək spirtli içkiyə başlayır. Alkol asılılığı ucbatından teatrda da uğur qazana bilməyən Cahidə müalicələr alsa da, sağala bilmir.

Dəbdəbəli həyatı ilə məşhur olan Cahidə Sonku 1981-ci ildə 62 yaşında dünyasını dəyişib. Onu son mənzilə cəmi 8 nəfər yola salıb...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR