Slimfit
  1. DÜNYA

BRICS-in qızıl ehtiyatları məlum oldu

BRICS-in qızıl ehtiyatları məlum oldu
Sakura

BRICS-in qızıl ehtiyatları məlum oldu

BRICS ölkələri dünya qızıl ehtiyatlarının 20%-dən çoxuna sahibdirlər.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə "RİA Novosti" Dünya Qızıl Şurasının öz hesablamalarına istinadən yazır.

Məlumata görə, 2024-cü ilin ikinci rübündə qlobal ehtiyatlar 29.03 min tona çatıb ki, bunun da 6.2 min tonu (21.4%) İran və Efiopiya istisna olmaqla, öz məlumatlarını açıqlamayan BRICS ölkələrinə məxsusdur.

BRICS ölkələri arasında qızıl ehtiyatlarına görə liderlər assosiasiyanın ümumi həcminin müvafiq olaraq 37.6%-ni və 36.4%-ni tutmaqla Rusiya (2.34 min ton) və Çindir (2.26 min ton)dir. Ondan sonra Hindistan (840.76 ton), Səudiyyə Ərəbistanı (323 ton), Braziliya (129.7 ton), Misir (126.57 ton), Cənubi Afrika (125.44 ton) və BƏƏ (74.5 ton) gəlir.

 

Qlobal miqyasda ABŞ 8.1 min ton qızılla lider olaraq qalır ki, bu da bütün dünya ehtiyatlarının demək olar ki, üçdə birini təşkil edir. Ondan sonra Almaniya (3.35 min ton), İtaliya (2.45 min ton) və Fransa (2.44 min ton) gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR