Dərc edildi: Baxış sayı: 754
“Brent” neftinin qiyməti son 21 ilin minimumuna enib
“Brent” markalı xam neftin qiyməti son 21 ilin minimumuna düşüb.
AZƏRTAC xəbər verir ki, buna səbəb koronavirus pandemiyası səbəbindən neft tələbatının rekord səviyyədə azalmasıdır.
Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 17,46 dollara alıcı axtarır. Bu, 1999-cu ildən bəri minimum səviyyədir.
“Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 10,87 dollara satılır.
Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət